“Bakı” futbol klubunda maliyyə böhranı hökm sürür. Bu baxımdan kluba aid baza 80 milyon dollara satılır.ANS PRESS-in məlumatına görə, iş adamı Hafiz Məmmədovun biznesinin iflasa uğraması klubun da fəaliyyətinə ciddi təsir edib. Uzun müddətdir ki, klubda məvaciblər verilmir. Bu haqda stadium.az saytı xəbər yayıb.Məlumata görə, rəhbərlik klubun Biləcəri qəsəbəsində yerləşən bazasını satışa çıxarıb. Bazaya 80 milyon dollar qiymət qoyulub. Hətta, “Bakı” klubunun təlim məşq bazasının bütövlükdə “Xəzər Lənkəran” klubuna da təklif edildiyi bildirilir.Qeyd edək ki, son günlər tanınmış iş adamı Hafiz Məmmədovun biznesinə daxil olan şirkətlərdə çöküş prosesi müşahidə olunur. Bir neçə gün əvvəl iş adamının sahib olduğu "Bank of Azerbaijan" da əlindən alınıb. Bakı klubunun isə de-fakto süqut etdiyi bildirilir.