Bakının bəzi yollarında sıxlıq yaranıb - FOTO

Bakının bəzi yollarında sıxlıq yaranıb - FOTO
SOSİAL
17:15 27.11.2020
557

Bakının Ziya Bünyadov prospektində (Poladəritmə zavodunun qarşısında) tunelə girişdə yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən AZXEBER.COm-a verilən məlumata görə, hadisə səbəbindən yolda sıxlıq müşahidə olunur.

Bundan başqa, 3-cü Mikrorayon dairəsi ətrafında hərəkətdə çətinlik yaranıb. Dairə ətrafında tıxac var. Hər iki ünvandakı nəqliyyat şəraiti həmin ərazidən keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaradır.





OXŞAR XƏBƏRLƏR