Bakının bir hissəsi qazsız qala bilər

SOSİAL
17:36 07.06.2016
1577
Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, iyunun 8-də, saat 10:00-dan 18:00-a qədər "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Yeni Zabrat" və Ağdaş magistral qaz kəmərləri sahəsinin "Yaqublu" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Yeni Zabrat qəsəbəsinin və Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

OXŞAR XƏBƏRLƏR