Bakının bu ərazilərində işıq KƏSİLƏCƏK

Bakının bu ərazilərində işıq KƏSİLƏCƏK
SOSİAL
13:34 19.03.2026
165
Suraxanı rayonunun bəzi ərazilərində işıq təminatında fasilə yaranacaq.

Bu barədə AZXEBER.COM-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, martın 19-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 367 saylı yarımstansiyadan qidalanan 6 kV-luq hava xətti və Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 14:00-dan 16:30-dək Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov, Əmi Məmmədov, Aşağı qəsəbə küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
OXŞAR XƏBƏRLƏR