Bakının bu ərazisi plana düşdü: Söküntü işlərinə başlanılır

Bakının bu ərazisi plana düşdü: Söküntü işlərinə başlanılır
SOSİAL
15:01 18.07.2025
2160

Binəqədi rayonunun Xutor qəsəbəsində fərdi yaşayış evlərinin söküntüsü işləri aparılacaq.

AZXEBER.COM iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı hazırlıqlara başlanılıb.

Belə ki, sözügedən ərazidəki evlərin plana düşdüyü bildirilir. Artıq rəsmi qurumların nümayəndələri bu günlərdə qəsəbə ərazisinə baxış keçirməyə başlayıb.

Bu gün Rəşid Məmmədov küçəsində fərdi yaşayış evlərində sahədaxili ölçmə işləri aparılıb. Hələlik kompensasiyanın məbləği barədə sakinlərə heç bir məlumat verilməyib.

 

Qeyd edilib ki, indiki mərhələdə "Xutor" ərazisində söküntüsü nəzərdə tutulan tikililərin sahədaxili ölçmə işlərinin həyata keçirilməsi aparılır.

OXŞAR XƏBƏRLƏR