Bakının bu ərazisində su olmayacaq

Bakının bu ərazisində su olmayacaq
SOSİAL
10:41 30.11.2017
1164

Bakı şəhəri Nizami rayonu ərazisində inşa edilmiş kəmərin mövcud su təchizatı sistemlərinə qoşulması ilə əlaqədar noyabrın 30-da gün ərzində Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə AZXEBER.COM-a "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

OXŞAR XƏBƏRLƏR