Bakının bu hissəsində 2 gün işıq olmayacaq

Bakının bu hissəsində 2 gün işıq olmayacaq
SOSİAL
10:06 23.11.2018
4302
Masazırda elektrik enerjisinin verilişində fasilələr olacaq.

"Azərişıq" ASC-dən AZXEBER.COM-a verilən məlumata görə, Xırdalan ETSİ-nin xidməti ərazisinə daxil olan Masazır qəsəbəsində yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə aparılan təmir işləri ilə əlaqədar 23-24 noyabr 2018-ci il tarixlərində günün müəyyən saatlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.


OXŞAR XƏBƏRLƏR