Bakının bu hissəsində hərəkət məhdudlaşdırılır

Bakının bu hissəsində hərəkət məhdudlaşdırılır
SOSİAL
15:07 02.04.2018
5843

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin 28 May küçəsindən giriş hissəsində (dəmiryolu körpüsünün altından giriş) bu gün gecə saatlarından etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.

AZXEBER.COM-a bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. 

 

Məlumatda həmçinin deyilir ki, sürücülər alternativ olaraq Nəriman Nərimanov küçəsi istiqamətindən qəsəbəyə daxil ola bilərlər.

OXŞAR XƏBƏRLƏR