Bakının Qobu kəndində təcili tibbi yardım stansiyası yoxdur.
Bu haqda AZXEBER.COM-a kənd sakinləri deyiblər.
Onlar bununla bağlı Səhiyyə Nazirliyinə və icra hakimiyyətinə dəfələrlə müraciət etsələr də, heç bir nəticə olmayıb.
Kənd sakinləri deyir: "Bizim kənddə kiminsə halı pisləşdisə, təcili tibbi yardım ən tez 1 saata gəlir. Buna səbəb də odur ki, kəndimizdə stansiya yoxdur".