Bakının bu küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakının bu küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
SOSİAL
20:45 03.02.2022
273
Sabahdan başlayaraq 3 gün ərzində Bakının Yasamal rayonunun Bəsti Bağırova küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR