Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntüsünə başlanılır.
Söküntü işləri Oksigen küçəsi, ev 1 ünvanında və Marat Əmirxanov küçəsi, ev 14 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalarda aparılacaq.
Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması işlərini Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutuna həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, "Azərdövlətlayihə"yə 10 822 manat ödənilib
///trend