Bakının daşınmaz əmlak bazarında ciddi qiymət ajiotajı yaşanır

Bakının daşınmaz əmlak bazarında ciddi qiymət ajiotajı yaşanır
İQTİSADİYYAT
16:53 22.02.2024
394
Bu ilin yanvar ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə təqribən 10-11 %, dekabr ayı ilə müqayisədə isə 2-3 % artıb.

Bu barədə "Report”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc məlumat verib.

Torpaqlar 45 % bahalaşıb

Onun sözlərinə görə, bazar seqmentləri arasında ən çox torpaq sahələri bahalaşıb:

"Əsasən, Bakıətrafı ərazilərdə yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kəskin bahalaşıb. Bölgələrdə də kənd təsərrüfatı təyinatlı və pay torpaqlarının qiymətlərində ciddi artım var. Bu, torpaq sahələrinin məhdudluğundan və vətəndaşlarımızın fərdi yaşayış evi tikmək üçün daha aktiv olmaqlarından irəli gəlir. Fərdi yaşayış evlərinin də qiyməti yüksəlir. Çünki bu evlər iki komponentdən təşkil olunur. Onun birincisi torpaq, ikincisi tikililərdir".

V. Oruc vurğulayıb ki, inşaat materiallarının qiymətində müəyyən azalmalar olsa da, bu, bütövlükdə tikinti xərclərinə təsir göstərməyib: "Çünki ölkədə manatın alıcılıq qabiliyyətində enmələr var. Yəni manat ötən ilki səviyyədə alıcılıq qabiliyyətinə malik deyil. Bu da işçi haqlarının artması ilə nəticələnir. Eyni zamanda nəqliyyat, qurğular, texnika kirayəsi qiymətləri yüksəlir. Bu baxımdan tikinti xərcləri də artır. Odur ki, Bakı və Bakıətrafı ərazilərdə fərdi yaşayış evləri təqribən 15-18 % bahalaşıb. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qiymət artımı 40-45 %, yaşayış təyinatlı torpaqlarda isə 20-25 % aralığındadır”.

Mənzil qiymətləri artır

V.Oruc ilkin mənzil bazarında da bahalaşmanın davam etdiyini deyib:

"Bu da tikinti sahəsinin azlığından və əldə olunmasında yaranan problemlərdən irəli gəlir. Tikintiyə qarşı xüsusi tələblər var. Odur ki, sahibkarların mənfəət tələbi də artıb. Nəticədə hazırda ilkin mənzil bazarında qiymətlər ötən ilki qiymətlərlə müqayisədə 10-12 % çoxdur. Ötən aya nisbətdə bu artım 2-2,4 %-dir.

Qeyri-yaşayış sahələrinin qiymətində artım çox da ciddi deyil. Bu da onların ofis kimi istifadəsində, o cümlədən yeni ticarət obyektlərinin yaranmasında böyük bir dinamikanın olmadığının göstəricisidir. Ötən ilin yanvar ayına nisbətən qeyri-yaşayış sahələrinin qiymətində artım 2-2,7 % təşkil edib. Kirayə qiymətlərində yüksəliş müşahidə edilmir. Əksinə, bazarda bəzi təkrar təkliflərin qiyməti ötən illə müqayisədə aşağıdır”.

Bazarda qəribə tendensiya var

AQC rəhbəri hesab edir ki, əvvəllər mənzillərin yerləşdiyi ərazi onların qiymətinə ciddi təsir edirdi, indi isə bu məsələ əhəmiyyətini itirib.

"Yəni mərkəzdən kənar elə yerlər var ki, orda mənzillərin bir kvadrat metri mərkəzdəki qiymətlərlə təklif edilir. Xüsusilə də "Əhmədli”, "Xalqalar Dostluğu”, "Həzi Aslanov”, "Nərimanov" metrostansiyalarına yaxın ərazilərdə bu hallara rast gəlinir. Bəzi şəxslər düşünür ki, daha çox daşınmaz əmlaka yatırım olunmalıdır ki, onların vəsaiti dəyərini itirməsin. Nəticədə çox ciddi qiymət artımı ilə üzbəüzük.

Mənzilin yerləşmə yeri və digər kriteriyalarına baxılması məsələsi artıq arxada qalıb. Elə mənzillər var ki, onlar vaxtilə bazara təklif olunduğu dəyərdən ikiqat artığına yenidən təklif edilir. Bu, onu göstərir ki, daşınmaz əmlak bazarında çox ciddi qiymət ajiotajı var. Həmin ajiotaja uyğun alqı-satqı faktları isə yoxdur. Yəni bazarda satışlar çox deyil. Bir tərəfdən isə qiymətlər getdikcə kəskin yüksəlir”, - deyə V.Oruc əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu