Bakının əsas yolu yenidən qurulur - FOTOLAR

Bakının əsas yolu yenidən qurulur - FOTOLAR
11:04 15.03.2013
1347
Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı, Buzovna, Bilgəh qəsəbələrini Bakı şəhəri ilə birbaşa birləşdirən Zabrat-Maştağa-Buzovna avtomobil yolunun yenidənqurulması işləri davam etdirilir. Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev ANS PRESS-ə bildirib ki, yolun Zabrat dairəsindən Maştağaya qədər olan hissəsnin uzunluğu 5.2 km olmaqla 6 zolaqlıdır.Onun sözlərinə görə, 5.2 km məsafədə 3 qat asfalt beton örtüyü döşənilib, yol nişanları qoyulub, xətlənmə işləri həyata keçirilib, hazırda işıq dirəklərinin quraşdırılması həyata keçirilir.Mürsəliyev qeyd edib ki, yolun davamı olaraq Maştağadan Buzovnaya qədər olan 9 km hissədə işlər davam etdirilir.Onun sözlərinə görə, 4 zolaqlı olan yolun təqribən 1 km-ə yaxın hissəsində asfalt-örtük işləri həyata keçirilib, hazırda işlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR