“Bakının havası tənəffüs yolları üçün zərərli kokteyldir” – XƏBƏRDARLIQ

“Bakının havası tənəffüs yolları üçün zərərli kokteyldir” – XƏBƏRDARLIQ
SOSİAL
14:16 15.10.2026
143
Bakıda və Abşeron yarımadasında müşahidə olunan tozlu hava şəraitinin daha iki gün davam edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, hazırda havada tozun miqdarı normadan 2,2 dəfə artıqdır.

Tozlu hava şəraiti xüsusilə tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlər, uşaqlar, yaşlılar və allergiyası olan şəxslər üçün risk yaradır. Havadakı toz zərrəcikləri tənəffüs yollarını qıcıqlandıra, mövcud xəstəliklərin əlamətlərini ağırlaşdıra bilər. Belə havalarda sağlamlığın qorunması üçün müəyyən tədbirlərin görülməsi vacibdir.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan həkim-pulmonoloq Əsəd Beydullayev bildirib ki, Bakının iqlimi və havadakı çirkləndirici maddələr tənəffüs yollarına mənfi təsir göstərir:

"Bakının iqlimi insan yaşayışı üçün kifayət qədər çətin şərait yaradır. Burada rütubət yüksəkdir, havada isə toz zərrəcikləri, kimyəvi maddələr və avtomobillərdən ayrılan qazlar mövcuddur. Bütün bunlar bir yerdə toplananda, sözün əsl mənasında, maraqlı bir kokteyl əmələ gəlir. Təbii ki, bu qarışıq tənəffüs yolları üçün zərərlidir”.
 
 

Pulmonoloq qeyd edib ki, tozlu hava xüsusilə allergiyası və xroniki tənəffüs yolu xəstəlikləri olan şəxslər üçün təhlükəlidir:

"Hər kəs bu təsirləri eyni dərəcədə hiss etməyə bilər. Tənəffüs yolları ilə bağlı problemi olmayan insanlar çirkli havanın təsirini daha yüngül keçirə bilərlər. Lakin allergiyası olanlar, tənəffüs yolu xəstəliklərindən əziyyət çəkənlər, uzun illər siqaret çəkmiş şəxslər və bronx xəstəlikləri olan insanlar havadakı toz və digər çirkləndirici hissəciklərin təsirinə daha həssasdırlar. Bu amillər həmin şəxslərdə xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Məsələn, astma xəstəsi təmiz havalı ərazidə müalicə aldıqda vəziyyəti yaxşılaşa, xəstəliyini daha az dozalı dərmanlarla nəzarətdə saxlaya bilər. Tozlu hava şəraitində isə simptomlar arta bilər. Belə hallarda dərman dozasını özbaşına artırmaq olmaz, müalicə ilə bağlı dəyişikliklər həkimlə məsləhətləşərək edilməlidir”.

Həkim tozlu və küləkli havalarda mümkün qədər açıq havada az vaxt keçirməyi tövsiyə edib:

"Tozlu və küləkli havalarda mümkün qədər çölə çıxmamağı tövsiyə edərdim. Çölə çıxmaq zəruridirsə, qoruyucu maskadan istifadə etmək məqsədəuyğundur. Bundan əlavə, gəzintiləri avtomobillərin hərəkətinin azaldığı saatlara, xüsusilə axşam və gecə vaxtlarına salmaq olar. Lakin bu saatlarda havanın mütləq daha təmiz olduğunu düşünmək düzgün deyil. Ən yaxşısı, havanın keyfiyyəti ilə bağlı məlumatları izləmək və buna uyğun davranmaqdır”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bank Respublika böyüməyə davam edir: üçüncü rübün maliyyə nəticələri
15:16 15.10.2026
Bank Respublika böyüməyə davam edir: üçüncü rübün maliyyə nəticələri
Hakan Fidan və Lavrov Bakıda görüşüb
15:13 15.10.2026
Hakan Fidan və Lavrov Bakıda görüşüb
Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb
15:09 15.10.2026
Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
15:07 15.10.2026
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
"AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyirik"
15:06 15.10.2026
"AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyirik"
Liderlərin səmimi görüntüləri - Fotolar
15:04 15.10.2026
Liderlərin səmimi görüntüləri - Fotolar
“Sülh keçmişdə törədilənləri unutmaq demək deyil” – Politoloqdan AÇIQLAMA
14:56 15.10.2026
“Sülh keçmişdə törədilənləri unutmaq demək deyil” – Politoloqdan AÇIQLAMA
Türkiyə, Çin, Yaponiya, İspaniya… – Leysanın fəlakətə çevrildiyi ölkələr
14:41 15.10.2026
Türkiyə, Çin, Yaponiya, İspaniya… – Leysanın fəlakətə çevrildiyi ölkələr
“Ermənistana sanksiya yox, dəstək verildi”
14:20 15.10.2026
“Ermənistana sanksiya yox, dəstək verildi”
“Bakının havası tənəffüs yolları üçün zərərli kokteyldir” – XƏBƏRDARLIQ
14:16 15.10.2026
“Bakının havası tənəffüs yolları üçün zərərli kokteyldir” – XƏBƏRDARLIQ
Yaponiya Rusiyanın casusluq iddialarını rədd etdi
14:10 15.10.2026
Yaponiya Rusiyanın casusluq iddialarını rədd etdi
Vyetnam Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir
14:04 15.10.2026
Vyetnam Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir
Aydın Tağıyev: “Sülhün 2031-ci ilə qədər uzadılması Azərbaycan üçün qəbuledilməzdir”
13:50 15.10.2026
Aydın Tağıyev: “Sülhün 2031-ci ilə qədər uzadılması Azərbaycan üçün qəbuledilməzdir”
İlham Əliyev: Separatçıların liderləri üzərində məhkəmə Nürnberq tribunalının analoqu idi
13:42 15.10.2026
İlham Əliyev: Separatçıların liderləri üzərində məhkəmə Nürnberq tribunalının analoqu idi
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
13:25 15.10.2026
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
İsrail Prezidenti: Azərbaycan çox tolerant ölkədir
13:20 15.10.2026
İsrail Prezidenti: Azərbaycan çox tolerant ölkədir