Bakının mərkəzi küçələrinin birindəki zolaq çaşqınlıq yaradır

SOSİAL
22:43 19.12.2024
213
Aparıcı Turalın Bakının mərkəzi küçələrinin birində lentə aldığı video maraqla qarşılanıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, videoda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşlarının işi sual doğurub.

"Bu zolaq maşınlar, digəri isə velosiped üçündür. Olmazdı ki, elə velosiped buradan, bir maşın o hissədən, o biri isə digər zolaqdan getsin? Və ya buranı parkinq etmək də olardı. Orada "dayanmaq qadağandır" nişanı qoyulub. Bu zolaq bizim üçün hansı rolu oynayır?" , - DJ Tural agentliyə tənqidi sual ünvanlayıb.

Qeyd edək ki, daha əvvəl də AYNA-nın yollarda çəkdiyi zolaqlarla bağlı problemlər ortaya çıxmışdı.

Həmin görüntüləri təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR