Bakının mərkəzi rayonları niyə təbii qazsız qalıb?

Bakının mərkəzi rayonları niyə təbii qazsız qalıb?
SOSİAL
16:06 16.02.2017
825

 

"Bakının Yasamal, Səbail, Sabunçu və Xəzər rayonlarında təbii qaz verilişi yaxın saatlarda bərpa olacaq”.

Bu sözləri Trend-ə SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, təbii qaz verilişi qaz borularının birində baş vermiş sızma səbəbi ilə məhdudlaşdırılıb. "Problemin aradan qaldırılması üçün Bakının Yasamal, Səbail, Sabunçu və Xəzər rayonlarında qaz verilişini məhdudlaşdırmalı olmuşuq. Qaz verilişi işlərin başa çatmasında sonra bərpa olunacaq”.

OXŞAR XƏBƏRLƏR