Bakının mərkəzi yolu da qazıldı - FOTOLAR

Bakının mərkəzi yolu da qazıldı - FOTOLAR
Bütün Xəbərlər
08:43 24.01.2013
1093
Bakının mərkəzi küçəsi qazılıb. Səməd Vurğun küçəsində, Heydər Əliyev adına Sarayın arxasında avtomobil yolu qazıldığından hərəkət çətinləşib. Qazıntının hansı məqsədlə aparılması məlum deyil. Qazıntıdan əziyyət çəkən isə sürücülər və piyadalardır.
Nəsimi Rayon İcra Hakimiyyətindən bildirildi ki, ərazidə yeraltı avtomobil dayanacağı və yeni park salınması ilə əlaqədar qazıntı aparılır. Həmin ərazidə yeraltı kommunikasiya xətlərinin yeri dəyişdirilir və yenilənir.
İcra Hakimiyyətindən işlərin qısa zamanda başa çatdırlacağı bildirildi.//milli.az
OXŞAR XƏBƏRLƏR