Bakının mərkəzində intihara cəhd olub
APA-nın məlumatına görə, ikinci qrup əlil, 5 uşaq atasıZaur Həsənovüstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z. Həsənovun həyatı xilas edilib. O, əraziyə çağırılan təcilli yardım ilə xəstəxanaya aparılıb. Səbail Rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda intihara cəhdin səbəbləri araşdırılır.