Bakının mərkəzində ağaclıq ərazidə baş verən yanğın söndürüldü

Bakının mərkəzində ağaclıq ərazidə baş verən yanğın söndürüldü
SOSİAL
13:24 07.08.2021
332
Bakının Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazidə baş verən yanğın söndürülüb.

AZXEBER.COM-un xəbərinə görə, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

12:40
Bakıda ağaclıq ərazidə yanğın başlayıb.

AZXEBER.COM xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Mehdi Hüseyn küçəsində qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
OXŞAR XƏBƏRLƏR