Bakının mərkəzində binanın eyvanı uçuldu - FOTO

Bakının mərkəzində binanın eyvanı uçuldu - FOTO
SOSİAL
10:09 18.05.2018
5913
Bakının mərkəzində binanın eyvanı uçulub.

AZXEBER.COM trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanındakı binada baş verib.

Belə ki, binanın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birinin eyvanı uçulub, eyvan yararsız vəziyyətə düşüb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyərək, həmin ünvandakı qəza ilə bağlı məlumat daxil olduğu bildirilib. Qəzanın səbəbləri araşdırılır.
 

 


OXŞAR XƏBƏRLƏR