Bakının mərkəzində hər kəsi təəcübləndirən flaşmob - VİDEO

GƏNCLİK
15:25 27.04.2014
4672
Bakının mərkəzi yerlərindən birində qeyri-adi və təkrarolunmaz flaşmob keçirilib.AZXEBER.COM xəbər verir ki, fleşmobda klassik musiqi alətləri kreativ və qeyri-adi şəkildə ifa edilərək Bakı sakinlərini təəccübləndirib.Layihə Füzulinin 520 illik yubileyinə həsr olunub. Bir qrup musiqiçi anidən Füzulinin heykəli yaxınlığında öz alətlərini çıxararaq klassik musiqi ifa etməyə başlayıb. Müxtəlif anlarda digər musiqiçilər də onlara qoşularaq böyük orkestr yaradıb və milli musiqi kompozisiyasını birgə ifa ediblə. Həmin vaxt ətrafda olanlar nəyin baş verdiyini anlamayıb, müxtəlif baxışlarla həmin musiqi parçasını dinləmiş, böyük təəccüb keçiriblər. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun dəstəyi keçirilib.Layihənin video rolikini təqdim edirik:

OXŞAR XƏBƏRLƏR