Bakının mərkəzində kirayə evlərin sayı artıb

İQTİSADİYYAT
15:23 26.05.2021
444

Paytaxtımızın mərkəzində kirayə verilən mənzillərin sayı artdı. Bunu Tut.az Pulsuz Elanlar saytının Kirayə evlər bölməsinin statistikası təsdiq edir.

Daşınmaz əmlak üzrə mütəxəssis Firdovsi Ağayevin sözlərinə görə, bu tendensiya tam təbiidir və mövsümi amillərlə bağlıdır.

"Pandemiya dövründə şəhərin mərkəzində yerləşən bahalı evlərə tələbat, demək olar ki, yox dərəcəsində idi. Bununla əlaqədar olaraq təkliflərin sayı çox az idi və qiymətlər xeyli aşağı düşmüşdü. Lakin Bakıda yaxın günlərdə keçirilməsi planlaşdırılan bir sıra idman tədbirləri kirayə evlər bazarında böyük canlanma yaratdı", - deyə F.Ağayev qeyd etdi.

Tut.az statistik məlumatlarına əsasən, mərkəzdə daşınmaz əmlakın orta qiyməti 900-1500 manat təşkil edir. Özü də kirayə verilən bahalı evlərin sayının durmadan artması müşahidə olunur.

Hal-hazırda ən böyük canlanma Formula 1 Gran Prix Azerbaijan trassı boyu və ya onun yaxınlığındakı kirayə evlər arasında müşahidə olunur. Burada qiymətlər günə 100 manatdan başlayır və ya ayda 1200-1800 manat təşkil edir.

OXŞAR XƏBƏRLƏR