*** 14.46
Bu gün bir qrup gəncin “Fəvvarələr” meydanında aksiya keçirməsi gözlənilir.
APA-nın hazırda meydanda olan əməkdaşının verdiyi xəbərə görə, aksiyanın keçirilməsi nəzərdə tutulan Nizami küçəsi, Fəvvarələr Meydanı, Əziz Əliyev küçəsi, Neftçilər prospektinin bir hissəsi polis nəzarətinə götürülüb.
Post-partul Xidmətinin və Çevik Polis Alayının əməkdaşları ərazidə xidmət aparır.
Nizami küçəsinin bir hissəsindən Fəvvarələr meydanına gedən yol istisna olmaqla, digər ərazilərdə hələlik nəqliyyatın və vətəndaşların hərəkəti məhdudlaşdırılmayıb. Ərazidə aksiyaçılar gözə dəymir.
APA-nın əməkdaşı ərazidə gəzintiyə çıxan YAP icra katibi Əli Əhmədov və onun müavini Mübariz Qurbanlını da görüb.
Qeyd edək ki, bu gün orduda əsgər ölümlərinə etiraz olaraq keçirilməsi planlaşdırılan aksiya “facebook” sosial şəbəkəsində elan olunub. Aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıb.
Daxili İşlər Nazirliyi razılaşdırılmamış aksiyanın qarşısının alınacağını bildirib.