Bakının mərkəzində qaz borusu partladı - YANĞIN BAŞLADI

Bakının mərkəzində qaz borusu partladı - YANĞIN BAŞLADI
SOSİAL
16:46 14.11.2018
6323
Paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yanğın baş verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisəyə səbəb həmin ərazidən keçən qaz borusundakı sızma olub.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, yanğın artıq söndürülüb:

"Təbriz küçəsində qaz borusunda sızma olub. Əraziyə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunaraq yanğın söndürülüb".

İ.Kərbəlayevin sözlərinə görə, yaşayış evləri yanğından mühafizə edilib, hadisədə xəsarət alan olmayıb.
 

OXŞAR XƏBƏRLƏR