Dünən gecə saatlarında şəhərin mərkəzində yerləşən məşhur restoranda yanğın baş verib. AZXEBER.COM-un "Qafqazinfo"ya istinadla verdiyi xəbərə görə, yanğın gecə saat 23 radələrində başlayıb. Nizami küçəsində yerləşən və Namiq Qədirova məxsus olan "Pitsa İNN"in mətbəxində yanğın qeydə alınıb. Xəsarət alan olmayıb.