Bakının mərkəzində yaşayış binasında yanğın başlayıb

Bakının mərkəzində yaşayış binasında yanğın başlayıb
SOSİAL
14:03 12.12.2023
164
Bakının mərkəzində yaşayış binasında yanğın qeydə alınıb.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, yanğın 28 May küçəsində, 23 saylı orta məktəbin yaxınlığında yerləşən yaşayış binasının mənzilində baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
OXŞAR XƏBƏRLƏR