Bakının mərkəzində yol dağıldı - FOTOLAR

Bakının mərkəzində yol dağıldı -  FOTOLAR
17:09 18.03.2013
2258
Bakıda mərkəzi küçələrdən birində yol dağılıb. 
ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Hәsәn Әliyev küçəsilə Ceyhun Sәlimov küçələrinin kəsişməsində avtomobil yolunda asfalt örtüyü çökərək bərbad vəziyyətə düşüb. Nəticədə yolda avtomobillərin hərəkəti mümkünsüz olub. Hadisə yerinə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları cəlb olub. Məlum olub ki, asfaltın altında su-kanalizasiya borusu dağılıb. Torpağın altına sızan su asfalt örtüyünü dağıdıb. Hazırda həmin qəza baş verən borunun tapılaraq bərpa olunması üçün ərazidə qazıntı işləri görülüb.“2 gündür yol dağılıb. Hazırda həmin qəzanın baş verdiyi ərazini müəyyənləşdirməyə çalışırıq. İşlərin nə vaxta qədər davam edəcəyi məlum deyil”, - deyə iş icraçısı bildirib.Qeyd edək ki, qəza ilə əlaqədar səhər saatlarından başlayaraq həmin ərazidə dəhşətli tıxac yaranıb. Axşam saatlarında isə vəziyyətin daha da gərgin olacağı gözlənilir.Hadisə şahidləri isə bildiriblər ki, dünəndən həmin ərazidə avtomobillə hərəkət etmək mümkün deyil.
OXŞAR XƏBƏRLƏR