Hərəkətin intensiv olduğu prospektdə magistral yol çökdü.
AZXEBER.COM xəbər verir ki, Bakının Nərimanov rayonunda Heydər Əliyev prospekti ilə "Koroğlu" metrostansiyası istiqamətində əsas yol üzrə hərəkət məhdudlaşdırılıb. Ərazidəki yolun çökməsinə yeraltı su borularından birinin partlaması səbəb olub. Məsələ ilə bağlı ri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, gecə saatlarından etibarən ərazidə qazıntı işlərinə başlanlıb və Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəza aradan qaldırılıb.
Avtomobil Yolları Dövlət Agentliyinindən isə qeyd edildi ki, artıq ərazidə asfaltlanma işlərinə başlanıb.
Prospekt bağlı olduğu vaxt hərəkət köməkçi yola yönləndirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.