Bakının mərkəzindəki restoranda insident - ərəb turist hesabı vermək istəmədi

Bakının mərkəzindəki restoranda insident - ərəb turist hesabı vermək istəmədi
SOSİAL
15:00 31.07.2017
3383


Bakının mərkəzində yerləşən restoranda ərəb turistin etdiyi xuliqanlıq əməli ilə bağlı bəzi məqamlar üzə çıxıb.

İçərişəhərdəki "Tac Mahal" restoranının sahibi, Pakistan vətəndaşı 1971-ci il təvəllüdlü Malik Azhar Abbas Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı olan Səid adlı şəxsin 57 manatlıq hesabı ödəmək istəməməsindən sonra narazılığın yarandığını bildirib: "Həmin şəxs hesabı ödəmək istəmirdi. Mən yaxınlaşdım və məsələ ilə bağlı 102-yə zəng edərək məlumat verdim. Sonra polislər gəldi, turist hesabı ödədi və beləliklə məsələ həll edildi".

İş adamı əlavə edib ki, müştəri ona hücum etməyib və restoranda dava-dalaş baş verməyib.

Qeyd edək ki, Malik Azhar Abbas 10 ildən çoxdur ki, Bakıda biznes fəaliyyəti ilə məşğul olur. 

///lent.az
OXŞAR XƏBƏRLƏR