Bakının üç böyük qəsəbəsi susuz qalıb

Bakının üç böyük qəsəbəsi susuz qalıb
SOSİAL
15:05 21.01.2018
1393
Bakının Xocahəsən, eləcə də Sulutəpə və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb.

Bu barədə AZXEBER.COM-a "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

A.Cəbrayıllının sözlərinə görə, fasilə magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədardır.

Qurum rəsmisi fasilənin yanvarın 22-si günün birinci yarısına qədər davam edəcəyini bildirib.

OXŞAR XƏBƏRLƏR