Bakının Xətai rayonunda su kəsiləcək

Bakının Xətai rayonunda su kəsiləcək
SOSİAL
15:38 07.10.2020
641

Bu gün Bakının Xətai rayonunun bəzi yerlərində su olmayacaq.

Bu barədə AZXEBER.COM-a "Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar gün ərzində rayonun Lütfi-zadə (keçmiş Telnov), Seyid Əzim Şirvani, Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov küçələrinə, Gəncə prospekti, Nəsrəddin Tusi və Şirvani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

OXŞAR XƏBƏRLƏR