Bakıxanov qəsəbəsində polislərlə içkili şəxs arasında insident: YPX avtomobilinin şüşəsi sındırıldı

Bakıxanov qəsəbəsində polislərlə içkili şəxs arasında insident: YPX avtomobilinin şüşəsi sındırıldı
SOSİAL
19:38 27.06.2023
166
Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Yol Patrul Xidməti (YPX) əməkdaşları ilə içkili şəxs arasında insident yaşanıb.

Oxu.Az-ın məlumatına əsasən, iyunun 26-da, gecə saatlarında baş vermiş hadisə YPX əməkdaşlarının vətəndaşa "saxla” əmrini verməsindən sonra olub.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sahə inspektoru Musa Əsgərov tərəfindən tərtib edilən protokolda bildirilir ki, sürücü YPX əməkdaşlarına tabesizlik göstərib və "saxla” əmrinə tabe olmayıb.

Daha sonra sürücü xidməti avtomobilin arxa şüşəsini sındırıb və polis əməkdaşlarına xəsarət yetirib.

Polislərdən biri izahatında göstərib ki, həmin şəxs onlara qarşı hörmətsizlik edib, xidməti avtomobilə ziyan dəyib, şəxsən özü də gözündən xəsarət alıb.

Vətəndaş izahatında göstərib ki, polis əməkdaşları ilə aralarında anlaşılmazlıq olub. O, həmin vaxt içkili olduğunu deyib, törətdiyi əməli səmimi olaraq etiraf edərək peşmanlığını qeyd edib.

İşlə bağlı keçirilən məhkəmədə şəxsin törətdiyi əməli səmimi etiraf etməsi və peşman olması məsuliyyəti yüngülləşdirən hal hesab edilib.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə şəxs Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 gün müddətinə inzibati həbs edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu mobil operator ləğv edilir - NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK
13:35 01.09.2025
Azərbaycanda bu mobil operator ləğv edilir - NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK
"Qırmızı Xaç": "Əfqanıstanın təcili yardıma ehtiyacı var"
13:29 01.09.2025
"Qırmızı Xaç": "Əfqanıstanın təcili yardıma ehtiyacı var"
Fələstində aclıqdan ölənlərin sayı 348-ə çatdı
13:28 01.09.2025
Fələstində aclıqdan ölənlərin sayı 348-ə çatdı
Əfqanıstandakı zəlzələdən sonra təcili yardım əməliyyatlarına başlanılıb
13:23 01.09.2025
Əfqanıstandakı zəlzələdən sonra təcili yardım əməliyyatlarına başlanılıb
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 800-ə çatıb
13:23 01.09.2025
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 800-ə çatıb
Sabiq hərbi kəşfiyyat rəhbəri: "Netanyahu qorxaq və uğursuz liderdir"
13:18 01.09.2025
Sabiq hərbi kəşfiyyat rəhbəri: "Netanyahu qorxaq və uğursuz liderdir"
"Mahnının silinməsini tələb edirik" - Lamiyyə Ələkbərovadan AÇIQLAMA
13:18 01.09.2025
"Mahnının silinməsini tələb edirik" - Lamiyyə Ələkbərovadan AÇIQLAMA
Azərbaycan və Ermənistan liderləri təmasları davam etdirmək barədə razılığa gəliblər
13:10 01.09.2025
Azərbaycan və Ermənistan liderləri təmasları davam etdirmək barədə razılığa gəliblər
İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
12:45 01.09.2025
İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
Ərdoğan: Putinin ən qısa zamanda ölkəmizə səfərini gözləyirik
12:38 01.09.2025
Ərdoğan: Putinin ən qısa zamanda ölkəmizə səfərini gözləyirik
Avtobuslarda gediş haqqı artırılacaq? - AYNA-dan açıqlama
12:29 01.09.2025
Avtobuslarda gediş haqqı artırılacaq? - AYNA-dan açıqlama
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
12:27 01.09.2025
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır
12:23 01.09.2025
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır
Vüsalə Türkiyədə əməliyyat olundu - VİDEO
12:21 01.09.2025
Vüsalə Türkiyədə əməliyyat olundu - VİDEO
TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı oldu
12:11 01.09.2025
TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı oldu
"Hansı ölkəyə gedirsənsə, oranın qayda-qanunu ilə davranmağa məcbursan" - Nadir
11:54 01.09.2025
"Hansı ölkəyə gedirsənsə, oranın qayda-qanunu ilə davranmağa məcbursan" - Nadir