Bakıya gələn avtobus yolda dondu - 27 dərəcə şaxtada ölümlə üz-üzə...

Bakıya gələn avtobus yolda dondu - 27 dərəcə şaxtada ölümlə üz-üzə...
SOSİAL
14:35 01.02.2017
1084

 

Soçi-Bakı reysilə hərəkət edən və yolda donub qalan avtobus və sərnişinləri ilə bağlı bəzi məqamlar məlum olub. Lent.az-ın xəbərinə görə, hadisə dünən gecə saat 1 radələrində Stavropol diyarında, Koçubey—Zelenokumsk—Mineralnıe Vodı magistralında baş verib. Avtobus hərəkətdə olarkən qəfil dayanıb. Məlum olub ki, avtobusun yanacağı donub. Yolun ortasında ölüm təhlükəsiylə üz-üzə qalan sərnişinləri Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli şöbəsinin əməkdaşları xilas edib. Hadisənin baş verdiyi Stavropol diyarı Budyonovsk rayonunun rəhbərliyi sərnişinləri dərhal yaxınlıqdakı Starodubskoye kəndində yerləşən 6 saylı "Kolokolçik” adlanan uşaq bağçasına yerləşdiriblər.

Budyonovsk rayon administrasiya sədrinin müavini Marina Burinova söhbətində bildirib ki, avtobusda 26 sərnişin olub. Onların hamısı Azərbaycan vətəndaşlarıdır.

"Gecə 1 radələrində bizə məlumat daxil oldu. Qərar verdik ki, sərnişinləri yaxınlıqdakı bağçaya yerləşdirək. Gecikmək olmazdı, onları şaxta vura bilərdi və daha ağır nəticələrə səbəb olardı. Çünki bu il bizim tərəflərdə (Stavropol diyarında) tarixdə görünməmiş şaxtalar düşüb. Dünən gecə isə 26 dərəcə şaxta vardı. Dərhal tədbir gördük. Sərnişinlər isti yemək və çayla təmin edildilər. Hadisədən sarsıntı keçirənlərə tibbi yardım göstərildi. Sərnişinlərin arasında bir hamilə qadın vardı. O, dərhal nəzarətə götürüldü. Sərnişinlərin səhər yeməyi və naharını da yerli administrasiya öz üzərinə götürüb”.

Avtobusun sürücüsü Vüsal Rzayevlə də əlaqə yarada bilib. Sürücünün dediyinə görə, avtobus hərəkətdə olarkən qəfil dayanıb 

"Məlum oldu ki, dizel yanacağı donub. Dərhal yerli FHN-lə əlaqə saxladım. Sağ olsunlar, tez köməyə çatdılar. Sərnişinlər bağçadadı. Biz də artıq avtobusu təmir edib bitirmişik. Bir-iki saata yola düşəcəyik”.

Vüsal Rzayevin dediyinə görə, o, illərdir Rusiya istiqamətində işləyir.

"Amma ilk dəfədir ki, belə halla rastlaşmışam. Gecə 26-27 dərəcə şaxta olacağını proqnozlaşdırmamışdıq. Şükür, yenə yaxşı qurtardıq. Don vuran, zərərçəkən olmadı. Bir azdan Bakıya yola düşürük”. 

 

// Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan XİN: İrəvan Bakı ilə sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır
17:51 13.03.2025
Ermənistan XİN: İrəvan Bakı ilə sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır
Putin bu gün Trampın nümayəndəsi ilə görüşəcək
17:44 13.03.2025
Putin bu gün Trampın nümayəndəsi ilə görüşəcək
Məşhurlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonaqları olublar - FOTOLAR
17:32 13.03.2025
Məşhurlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonaqları olublar - FOTOLAR
Novruz bayramı niyə əvvəlki kimi qeyd olunmur? - VİDEOSORĞU
17:26 13.03.2025
Novruz bayramı niyə əvvəlki kimi qeyd olunmur? - VİDEOSORĞU
Azərbaycanlı idmançı dostu ilə birlikdə Kiyevdə itkin düşdü
17:08 13.03.2025
Azərbaycanlı idmançı dostu ilə birlikdə Kiyevdə itkin düşdü
Prezident Fatih Birola “Dostluq” ordenini təqdim edib - FOTOLAR
17:00 13.03.2025
Prezident Fatih Birola “Dostluq” ordenini təqdim edib - FOTOLAR
Taksidə əlavə ödəniş tələbi qadağan edildi
16:58 13.03.2025
Taksidə əlavə ödəniş tələbi qadağan edildi
İtaliyalı jurnalist Mətbuat Şurasında olub - FOTOLAR
16:34 13.03.2025
İtaliyalı jurnalist Mətbuat Şurasında olub - FOTOLAR
Müğənni Qismət uzun illər sonra üzə çıxdı - VİDEO
16:33 13.03.2025
Müğənni Qismət uzun illər sonra üzə çıxdı - VİDEO
Neft Emalı Zavodunda yanğından 3 gün sonra da təhlükə yaranıbmış - DTX-də cinayət işi açıldı
16:32 13.03.2025
Neft Emalı Zavodunda yanğından 3 gün sonra da təhlükə yaranıbmış - DTX-də cinayət işi açıldı
Ermənistan Azərbaycanın şərtlərini qəbul edib - Ceyhun Bayramov
16:19 13.03.2025
Ermənistan Azərbaycanın şərtlərini qəbul edib - Ceyhun Bayramov
Bu kərə yağının tərkibində yağ turşuları aşkarlandı - Satışdan çıxarılır
16:01 13.03.2025
Bu kərə yağının tərkibində yağ turşuları aşkarlandı - Satışdan çıxarılır
"Ermənistanla sülh sazişinin mətni üzrə danışıqlar prosesi yekunlaşıb"
15:49 13.03.2025
"Ermənistanla sülh sazişinin mətni üzrə danışıqlar prosesi yekunlaşıb"
Bu gənclər sizi təəccübləndirəcək: "Hazırladığımız oyunlar dünyaya səs salacaq" -  VİDEO
15:44 13.03.2025
Bu gənclər sizi təəccübləndirəcək: "Hazırladığımız oyunlar dünyaya səs salacaq" - VİDEO
Qatıq xərçəng riskini azaldır - Həkimlərdən maraqlı araşdırma
15:25 13.03.2025
Qatıq xərçəng riskini azaldır - Həkimlərdən maraqlı araşdırma
Prezident Bolqarıstanın xarici işlər nazirini qəbul etdi
15:18 13.03.2025
Prezident Bolqarıstanın xarici işlər nazirini qəbul etdi