Bakıya gələn İbrahim Tatlısəs təcili Türkiyəyə qayıtdı

MAQAZİN
14:46 23.11.2012
2070
Bakıda ekstrasens Nuridə Küskünün qonağı olan Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs təcili Türkiyəyə qayıdıb.Bu barədə Nuridə Küskün məlumat verib. N.Küskün bildirib ki, bu gün səhər yuxudan duranda İbrahim Tatlısəsdən telefonuna mesaj gəldiyini görüb: “İbrahim bəy mesaj yazmışdı ki, həyat yoldaşının vəziyyəti ağırdır, sancısı tutub və uşağı düşə bilər. Yazıb ki, o Türkiyədə olmalıdır və həyat yoldaşının yanında qalmalıdır. Dünən axşam İbrahim Tatlısəs otelə gedəndə mənim alnımdan öpdü və hər şeyin yaxşı olduğunu dedi. Mesajda yazıb ki, 2-3 gün ərzində Bakıya qayıdacaq”.Qeyd edək ki, İbrahim Tatlısəs 2 gün əvvəl Bakıya gəlib. O, ekstrasens Nuridə Küskündən müalicə alırdı.
//Lent.az

OXŞAR XƏBƏRLƏR