‘Bakıya gəlməyimin komandamız üçün çox vacib olduğunu düşünürəm' - Kriştiano Ronaldo

İDMAN
10:25 25.03.2013
1984

“Bizi heç də asan sınaq gözləmir”

Futbol üzrə Portuqaliya yığmasının və İspaniyanın “Real” klubunun hücumçusu Kriştianu Ronaldu DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycanla oyun öncəsi müsahibə verib. AZXEBER.COM “Azerisport”a istinadən müsahibəni təqdim edir. - Çoxları belə düşünür ki, siz İsraillə oyunda qəsdən sarı vərəqə almısız ki, Azərbaycana qarşı oynamayasız. Bu, belədi? - Hədyandı. Yığma mənim ikinci evimdi. Əksinə, Bakıda oynamayacağıma görə çox məyus oldum. - Oynamayacağınızı bilsəniz də, Bakıya gəlmisiz. Niyə? - Əşyalarımı toplayıb birbaşa Madridə yollanmaq ən adi qərar olardı. Lakin Bakıya gəlməyimin komandamız üçün çox vacib olduğunu düşünürəm. Oynamasam da, əlimdən gələn köməyi etmək istəyirəm. - Necə? - Komanda ilə birgə məşq edirəm. Oyun zamanı isə komanda yoldaşlarıma azarkeşlik edəcəm. Yaxşı oyun sərgiləyib, qələbə qazana bilərik. Azarkeşlərimiz də bizdən bunu gözləyirlər. - Azərbaycan yığmasını məğlub etmək üçün nə lazımdı? - Bizə çox səhv etmək olmaz. İsraillə oyunumuz istədiyimiz kimi getmədi. Hələ Rusiyanı qabaqlamaq şansımız qalır. Biz ancaq bu haqda düşünməliyik. - Azərbaycan yığmasının Lüksemburqa qalib gələ bilmədiyindən xəbəriniz var? - Bəli. Əminəm ki, onlar bizə qarşı tamamilə fərqli futbol sərgiləyəcəklər. Çünki hər komanda bizə qarşı ən yaxşı oyununu sərgiləməyə çalışır. Bizi heç də asan sınaq gözləmir.

OXŞAR XƏBƏRLƏR