Bako Saakyanın Brüsselə səfərini pisləyən - BƏYƏNAT

Bako Saakyanın Brüsselə səfərini pisləyən - BƏYƏNAT
Siyasət
16:00 23.10.2013
1187

Benilüks Azərbaycanlıları Konqresi (BAK) qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyanın Brüsseldə “Avropa İttifaqı və Dağlıq Qarabağ arasındakı əməkdaşlıq” mövzusunda keçirilən görüşdə iştirakı ilə əlaqədar bəyanat yayıb.

AZXEBER.COM - a daxil olan bəyanatda deyilir ki, oktyabrın 15-də Brüsseldə baş tutan görüşün gündəliyinə salınmış “Soyqırımı və beynəlxalq hüquq”, “Avropa İttifaqı və Dağlıq Qarabağ arasındakı əməkdaşlıq” mövzularının adlarından bəlli olur ki, işğalçı Ermənistan həm Türkiyəyə, həm də Azərbaycana qarşı tutduğu destruktiv və işğalçı mövqeyini davam etdirməkdə israrlıdır. “Benilüks Azərbaycanlıları Konqresi bəyan edir ki, Avropa İttifaqı qondarma “Dağlıq Qarabağ  Respublikası”nın qondarma “prezidenti” ilə görüşmək əvəzinə, Ermənistana təzyiqlər göstərməli, BMT qətnamələrinə qeyd-şərtsiz əməl edərək işğala son qoymağa məcbur etməlidir. Konqres bildirir ki, Avropa Parlamentinin üzvləri işğal nəticəsində öz ərazisindən qaçqın və məcburi köçkün düşmüş bir milyon azərbaycanlının pozulmuş hüquqlarının bərpası üçün fəaliyyətə keçməlidir” sənəddə deyilir. BAK 2013-cü il oktyabrın 15-də Avropa Parlamentində qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyanla görüşlər zamanı bəzi deputatların ermənipərəst çıxışlarını pisləyir və birmənalı şəkildə BMT-nin Beynəlxalq Ədalət Şurasının təmsilçisinin qərəzli çıxışına və antiazərbaycan mövqeyinə qətiyyətlə etiraz edir: “Görüşdə Bako Saakyanın Xankəndi əməliyyatı ilə Drezdenin bombalanmasını müqayisə etməsi və ərazi bütövlüyü prinsipini yanlış şərh etməyə çalışması, Qarabağın Azərbaycana Stalin tərəfindən verilməsi bəyanatını səsləndirməsi ən azından tarixi saxtalaşdırmaq məqsədi daşıyır. Dağlıq Qarabağa sərnişin təyyarələrinin uçuşuna Azərbaycanın imkan verməməsinin beynəlxalq terror adlandırılması isə bütün sərhədləri aşmaq və ermənipərəst siyasət yürütməkdən başqa bir şey deyildir. BAK bütün bunları nəzərə alaraq bildirir ki, bu cür qərəzli çıxışlar bizə  BMT-nin Beynəlxalq Ədalət Şurasının bəzi üzvlərinin ermənipərəst mövqe tutduğunu, ikili standartlardan çıxış etdiyini və beynəlxalq ictimaiyyəti aldatmaqla məşğul olduğunu deməyə əsas verir”. BAK qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” ilə Avropa Parlamentinin görüş keçirməsini şiddətlə qınayıb, ermənipərəst millət vəkillərinin və siyasətçilərin antiazərbaycan mövqeyini pisləyib və onları haqq-ədalətin yanında olmağa çağırıb. BAK bəyan edir ki, bu səpkidə görüşlər və müzakirələr, düşünülmüş şəkildə səslənən fikirlər Azərbaycan dövlətçiliyinə qarşı siyasi təxribat, təzyiq vasitəsi kimi qəbul olunur, sülh danışıqlarına mane olur və münaqişənin həllini dalana dirəyir: “Bu qəbildən olan beynəlxalq görüşlər Azərbaycanın ərazi bütövlüyünə hörmət çərçivəsində keçirilməlidir”, bəyanatda deyilir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
14:25 21.08.2025
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
Tarixdə bu gün - 21 avqust nə günüdür?
14:22 21.08.2025
Tarixdə bu gün - 21 avqust nə günüdür?
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
14:20 21.08.2025
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA