Hadisə Filarmoniya bağında baş verib.
Bu gün səhər saatlarında Bakının mərkəzində intihara cəhd olub.
Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının yaxınlığında, Filarmoniya bağında şəxsiyyəti hələlik məlum olmayan 40-45 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb.
O, xəstəxanaya yerləşdirilib.
Özünü yandıran şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
/// Lent.az