Hadisə Filarmoniya bağında baş verib.
Bu gün səhər saatlarında Bakının mərkəzində, Filarmoniya bağında üstünə benzin tökərək özünü öldürən şəxs vəfat edib.
AZXEBER.COM xəbər verir ki, Lent.az-ın məlumatına görə, 40-45 yaşlı həmin şəxsin xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
İntihar edən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Araşdırmalar davam etdirilir.