“Baku Business Factory” kovörker mərkəzi üçün yeni layihələrin qəbuluna start verib

“Baku Business Factory” kovörker mərkəzi üçün yeni layihələrin qəbuluna start verib
İQTİSADİYYAT
21:25 11.05.2018
8644
"Baku Business Factory”(BBF) Biznes İnkubasiya Mərkəzi Kovörker Mərkəzində boşalan yerlər üçün layihələrin 5-ci qəbuluna start verib.

BBF-in Kovörker Mərkəzi müxtəlif sektorlardan olan sərbəst işçilər üçün hər cür ofis şəraitinə malik yerlər təklif edir. Startaplar və frilanserlər mərkəzə üzv ola bilərlər. Startaplar üçün yerlər tək və ya maksimum 3 nəfərlik qruplar üçün nəzərdə tutulub.

BBF-də layihələr üzrə işləməyə başlayanlar ofisin bütün imkanlarından: iş masası, hüquqi ünvan, resepşn xidmətləri, şəhər telefonu, internet, printer, skaner, iclas otaqları, oyun zalı və mətbəxdən tamamilə ödənişsiz istifadə edirlər. Onlar həmçinin BBF tərəfindən müxtəlif sahələr üzrə təşkil olunan mentorluq proqramlarından yararlana bilərlər.

Hazırda Kovörker Mərkəzində bir sıra uğurlu layihələrin icrasına yer verilib və insanlar bizneslərini qurmaq istiqamətində çalışırlar.

Kovörker Mərkəzinə üzv olmaq üçün BBF-in rəsmi saytında (www.bbf.az) "BİZƏ QOŞULUN” adlı anketi doldurmaqla müraciət göndərə bilərsiniz. Ərizəniz BBF-nin İdarə Heyəti tərəfindən nəzərdən keçirildikdən sonra uyğun hesab edilərsə, yalnız seçilən layihələrin rəhbərləri ilə əlaqə saxlanılacaq.

Seçimdə ən çox diqqət yetirilən məqamlar bunlardır: açıq iş sahəsində digərləri ilə birlikdə icra olunacaq layihələr və işləyə biləcək şəxslər, dəqiq müəyyən edilmiş müştəri ehtiyaclarını qarşılayan təkfunksiyalı layihələr (çoxfunksiyalı layihələr qəbul edilmir), müştəri ehtiyaclarının qarşılanmasında fayda-qazanc mexanizmi ilə işləyən yenilikçi layihələr və ya şəxslər.

Seçilən layihələrdən heç bir maddi qarşılıq tələb etməyən BBF-nin yeganə gözləntisi onların öz bizneslərini inkişaf etdirərək irəli getməsi və qlobal bazarda rəqabət aparan şirkətlərdən birinə çevrilməsidir.

Daha ətraflı məlumat üçün BBF-in rəsmi saytına (www.bbf.az) daxil ola və ya mərkəzlə telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
19:37 24.05.2025
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
İranda ilk hava taksisi istifadəyə verildi
19:14 24.05.2025
İranda ilk hava taksisi istifadəyə verildi