“Baku Business Factory” yeni mentorluq layihəsinə start verib

“Baku Business Factory” yeni mentorluq layihəsinə start verib
SOSİAL
16:53 15.09.2017
857

Baku Business Factory” (BBF) öz biznesini inkişaf etdirmək istəyən gənc sahibkarlar üçün yeni "BBF-lə Startup” mentorluq layihəsinə start verir. 

Layihənin məqsədi gənclərə sahibkarlıq fəaliyyətində uğur qazanmasında köməklik edərək, ölkədəki biznes mühitinin inkişafına dəstək verməkdir.
"Məlum olduğu kimi, yeni biznesə başlamaq və onu dayanıqlılıq mərhələsinə gətirmək kifayət qədər həyəcanverici və bir o qədər də çətin prosesdir. Bunun üçün bir çox leqal və texniki əməliyyat tələblərinin yerinə yetirilməsi, marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi, biznes vasitələrindən effektiv istifadə kimi bir çox strateji və taktiki biliklər tələb olunur. "Baku Business Factory” (BBF) da bunları nəzərə alaraq, biznes dünyasına ilk addımlarını atan gənc sahibkarlar üçün yeni fürsət təqdim edir”, - BBF-dən bildirilib.

Məlumatda qeyd olunub ki, gənclər layihə müddətində biznesdə uğur qazanmaq üçün vacib olan nəzəri, praktiki bilik və bacarıqları mənimsəyəcəklər: "Layihə zamanı gənc sahibkarlara keçiriləcək təlimlər biznesi gəlirli mərhələyə gətirmək üçün ən vacib olan mövzularda Azərbaycanda öz sahəsi üzrə seçilən mütəxəssislər tərəfindən keçiriləcək. Təlimlər bu modullar üzərində təşkil olunacaq: "Effektiv biznes modeli”, "Hüquq və maliyyə”, "Satış və marketinq”, "Rəqəmsal marketinq”, "Zamanın idarə olunması”, "Netvorkinq və təqdimat bacarıqları”. Layihənin sonunda bütün iştirakçılara sertifikat təqdim ediləcək". 

"Biznesini inkişaf etdirmək üçün bu fürsətdən yararlanmaq istəyənlər 30 sentyabradək [email protected] elektron poçt ünvanına özü və layihəsi haqqında qısa məlumat göndərməlidir. Seçilən namizədlərə telefon vasitəsi ilə məlumat veriləcək", - BBF-də vurğulanıb.

Xatırladaq ki, "Baku Business Factory” azərbaycanlı iş adamı, "Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-nin əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə, bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

///Report

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tovuzda dönərdən kütləvi zəhərlənmə olub
21:06 25.06.2025
Tovuzda dönərdən kütləvi zəhərlənmə olub
Asteroid Ayla toqquşacaq
20:53 25.06.2025
Asteroid Ayla toqquşacaq
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
20:33 25.06.2025
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
20:14 25.06.2025
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
19:54 25.06.2025
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!