Həyatı
asanlaşdıran texnologiyaları güvənlə aldığınız Baku Electronics 30 yaşını qeyd
edir!
1994-cü ildə fəaliyyətə başlayan Baku Electronics tam 30 ildir həyatınızı asanlaşdıran, sizi sevdiklərinizə bağlayan texnologiyaları güvənlə təqdim edir. Fəaliyyəti boyu alıcılarının istəklərini reallaşdıran Baku Electronics ilə müştəriləri arasında güvənə söykənən bağ yaranmışdır.
Bundan əlavə, Baku Electronics 30 ildir alıcıları
ilə ən keyfiyyətli brendlər arasında da bağ yaradır, onları müxtəlif markalara
məxsus məhsullar ilə birləşdirir. Şirkət Samsung, LG, Bosch, Sony, Huawei,
Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun,
Delonghi, DivanEv kimi brendlərin rəsmi distribüteri, Apple brendinin isə rəsmi
satış təmsilçisidir.
Baku Electronics mağazalar şəbəkəsi hazırda
30-dan çox mağaza və onlayn satış xidməti ilə demək olar ki, ölkənin hər yerində
müştəriləri ilə bağını daha da gücləndirərək böyüməyə davam edir.
Bu 30 ildə qurulan bağ alıcıları asanlıq, sevgi
və güvən ilə çevrələyir. Baku Electronics bu gün olduğu kimi gələcəkdə də
insanlarla onların sevdikləri arasındakı bağı gücləndirməyi, onların həyatlarını
asanlaşdıran məhsullar təqdim etməyi hədəfləyir. Şirkət müştərilərinin rəylərini
və istəklərini daim nəzərə alır. Buna görə də Baku Electronics-də alıcılar nə
istəyirsə o olur, çünki 30 illik bağ belə olur!
Elektronika və məişət texnikası bazarında aparıcı mövqe tutan "Baku Electronics”in paytaxt və regionlarda 30-dan çox mağazası, eyni zamanda elektron ticarət üçün www.bakuelectronics.az vebsaytı, əlaqə üçün isə 143 qaynar xətti fəaliyyət göstərir.