"Baku Steel Company"də partlayış: 4 nəfər yaralandı

"Baku Steel Company"də partlayış: 4 nəfər yaralandı
SOSİAL
17:15 03.10.2016
3074

 

Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən "Baku Steel Company" zavodunda istehsalat qəzası baş verib.

Alov püskürməsi nəticəsində orada çalışan 4 nəfər yanıq xəsarətləri alıb.
Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur.
Həmin şəxslər 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

 

///Report.az

 

OXŞAR XƏBƏRLƏR