"Baku TV" "youtube"də ən çox izlənilən Azərbaycan telekanallarındandır - İnfoqrafika

"Baku TV" "youtube"də ən çox izlənilən Azərbaycan telekanallarındandır - İnfoqrafika
MEDİA
14:29 16.12.2020
684
Ölkədə internet istifadəçilərinin artımı xüsusən 2020-ci ildə daha çox nəzərə çarpdı. Bu prosesə həm COVID19 pandemiyasının, həm də Vətən Müharibəsinin təsiri böyük oldu deyə bilərik.

Pandemiya səbəbilə insanlar daha çox internet qarşısında vaxt keçirdi, xəbərləri internetdən əldə etməyə başladı. Müharibə dövründə isə bu aktivlik birə beş artdı. Çünki cəbhədən gələcək xəbərləri izləmək, həmçinin ölkəmizdə və dünyada ekspertlərin, rəsmilərin Müharibə barədə açıqlamalarını dinləmək üçün hər birimiz telefon və kompüterlərimizə sarılmışdıq.

Bir neçə gün öncə Azərbaycanda Instagram istifadəçilərinin sayı ilə bağlı İNFOQRAFİKA paylaşmışdıq. Bu yazıda isə Youtube-da baş verən canlanmanın rəqəmlərlə təsvirinə baxacağıq. Araşdırmada bir neçə analitika platformasının məlumatlarından istifadə edilib. Əksər platformalar uzunmüddətli məlumat bölüşmədiyinə görə, son bir həftənin statistikasına əsasən göstəricilərə nəzər yetirək:
 

 

 BAKU TV

Sıralamada ilk pillədə Baku TV gəlir. Son həftədə 6 milyona yaxın baxış toplayan kanal videolara gələn bəyənmə və şərh sayına görə digər kanallardan böyük fərqlə öndədir. Xüsusən Müharibə dövründə Rusiyada yayımlanan və bizim də tez-tez izlədiyimiz "60 минут” verilişinin və digər media orqanlarının BakuTV-nin görüntülərini yayımlanması, düşünürəm ki, bu Youtube Kanalının populyarlaşmasına əlavə dəstək oldu.

Baku TV kanalındakı videolara son bir həftədə 15 mindən çox şərh yazılıb ki, bu da digər kanallarla müqayisə olunmayacaq dərəcədə çoxdur. Kanalda yayımlanan hər videoya ortalama 124 bəyənmə gəlir və videoların "engage rate” göstəricisi 0.06%-ə bərabərdir.


İCTİMAİ TV

İctimia TV bu il həm TV proqramlarının keyfiyyətində, həm də dijitalda kifayət qədər irəliləyiş əldə edib. TV Kanalın Youtube hesabı da artan dinamika ilə inkişaf edir. Son bir həftədə kanal 6 milyona yaxın baxış və 1200 şərh toplayıb. Kanalda hər videoya ortalama 94 bəyənmə gəlir və "engage rate” 0.02%-ə bəarbərdir.

Digər kanallarımızda göstəricilər Baku TV və İctimai TV ilə müqayisədə aşağı olsa da, qeyd olunan TV Kanalların da Youtube hesablarında artan dinamika mövcuddur. Məsələn, ATV News kanalında 2020-ci ilin əvvəlindən artan dinamika var. Xəzər Xəbər və Real TV-də Müharibə dövründə çox böyük aktivlik müşahidə olunub. ARB24 Kanalı isə son iki ayda digər kanallardan fərqli olaraq baxış sayını sürətlə artırmaqdadır və bu templə davam etsə 2021-ci ildə ARB24 Kanalını ön sıralarda görə biləcəyik.


///orkhanrza.com



OXŞAR XƏBƏRLƏR