"Bakı Yunayted" futzal klubu İngiltərə çempionatının qalibi olub.
AZXEBER.COM xəbər verir ki, İngiltərə milli futzal liqasının "Dördlər finalında"bütün rəqiblərini geridə qoyan "Baku Yunayted" çempion titulunu qazanıb."Dördlər finalı"nda həmçinin "Qelvesiya", "London Yunayted" və "Şeffild" klubları da iştirak ediblər.Yarımfinalda "Baku Yunayted" "Şeffild"lə qarşılaşıb. İlk hissədə hesabı "Şeffild" futbolçuları açıb. Böyük üstünlıüyə baxmayaraq "bakılılar" ikinci hissənin ortasında hesabı bərabərləşdirə biliblər. Rəqib üzərində təzyiqi artıran "Baku Yunayted" matçın son saniyəsində qələbə qolunu vurub.Final oyunda isə "Baku Yunayted" 5 mövsümün qalibi olan "Qelvesiya" ilə qarşılaşıb. GÖrüş hər iki komanda üçün gərgin şəraitdə keçib. Əsas vaxt 0:0 hesabı ilə başa çatıb. Əlavə vaxtda "Qelvesiya" hesabı açmağa müvvəfəq olub. Lakin azarkeşlərinin dəstəyi sayəsində "Baku Yunayted" irəli atıəlıb və ən sonda qələbə qolunu vurub.Penaltilər seriyasında "Baku Yunayted" klubu 5:3 hesabı ilə qalib gələrək futzal üzrə İngiltərə çempionu olub. Gələn mömsümdə "Baku Yunayted" İngiltərəni UEFA kubokunda təmsil edəcək.