“BakuBus” MMC-də talanan milyonlar – ŞOK FAKTLAR

“BakuBus” MMC-də talanan milyonlar – ŞOK FAKTLAR
SOSİAL
10:12 03.02.2017
30660
Və ya 450 min avroluq təzə avtomobillər necə "zapçast" edilir? 

"BakuBus” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 Aprel 2014-cü il tarixli 92 saylı qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə…

Olundumu? 2 il il zaman kəsiyində buna nail ola bildikmi? Bu suallara cavab axtarmağa tələsməyək və qurumun tabeliyinindəki strukturlara və onların rəhbərlərinin iş prisiplərinə diqqət edək.

Ötən günlərdə "BakuBus” MMC.-nin rəhbərliyində təmsil olunan şəxslərin fəaliyyətsizliyi və bu işin öhdəsindən gələ bilmədikləri ilə bağlı mətbuatda konkret faktları özndə əks etdirən yazılar dərc olundu. Məsələn yazılarda qeyd olunurdu ki, "Bakubus” MMC-nin direktoru Məlik Nəcəfov və onun müavini Azər Qasımov şirkəti özləri istədiyi kimi idarə edirlər. Şirkətin əksər yüksək postları tutan işçiləri isə Azər Qasımovun yaxın qohumlarıdır.

Qaynarinfo.Az xəbər verir ki, ötən gün bizimxeber.az-da dərc olunan bir yazıda səslənən faktlar isə olduqca ürəkağrıdandır.

Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat infrastruktrunun yaxşılaşdırılması və problemlərin köklü həll edilməsi üçün "Bakubus” MMC yaratdı. Üstəlik bu MMC üçün milyon manatlar ayrıldı, yüksək səviyyəli xidmət təşkil olundu, bahalı avtobuslar gətirildi, hətta açılışa prezident özü getdi. Amma indi nə baş verir? "Bakubus” MMC-ni Azər Qasımov necə idarə edir? Dövlətin əmlakı bu MMC-də necə talanır?

"Bakubus” MMC-nin balansında 306 ədəd təzə avtobus var. Bu avtobuslar 450 min avroya alınıb və dünya standartlarına tam cavab verir. Bəs bu avtobusların neçəsi işlək vəziyyətdədir? Onları yararsız hala salanlar kimdir? Niyə belə edirlər?

Yazıda qeyd olunur ki, "Bakubus” MMC və «TəmizPro» klininq və Original Motors şirkətləri ilə müqavilə şəklində işləyir. Yəni, "Təmiz PRO” avtomobillərin təmizliyi ilə yanaşı MMC-nin həyət və ofislərinin təmizlik işlərini həyata keçirir. Original Motors isə avtomobillərin təmiri ilə məşgul olur.

Amma olursa…

Məlumata görə, "Təmiz PRO” klininq şirkəti "BakuBUS”MMC-də müavinlərdən biri olan Rauf Qarayevin qardaşına məxsusdur. Şirkətin hesabatlarında avtomobillərin təmzilənməsində xarici ölkələrdən alınan təmizləyici vasitıələrdən istifadə yazılsa da əslində elə deyil.

Avtomobillər olduqca keyfiyyətsiz məhsullarla təmizlənir, dərmanlanır. Həmçinin bu sürgülər belə bahalı avtomobillərin oturacaqlarının tez bir zamanda sıradan çıxmasına gıətirib çıxarır. Nəticədə isə milyonlar silinir. Bu barədə yaxın günlərdə konkret rəqəmlər təqdim edəcəyik.

Təəssüflər olsun ki, bu hələ hamısı deyil. Şirkətdəki mənbədən daxil olan daha acınacaqlı məlumat isə avtomobillərin təmiri zamanı baş verir.


"Original Motors” şirkətinin həyata keçirdiyi təmir işlərinə külli miqdarda pul silinir. Məsələn, şirkət avtomobillərin bir təkərini 60 manata açır, 60 manata da yerinə bağlayır. Bu rəsmi sənədlər üzərində belə hesablanır.

Yəni ki, "Original Motors” şirkəti ilə MMC-nin rəhbərliyi arasında daxili anlaşma belədir. Bu da hamısı deyil. Daha bir məlumata görə isə, təmir mərkəzinin arxasında təzə, amma artıq istifadəyə yararsız vəziyyətə salınmış 10-larla avtobus gizlədilir. Bunun də maraqlı səbəbləri var. Belə ki, "Original Motors" şirkəti təmir zamanı yararsız ehtiyyat hissəsini çıxarıb yeni ilə əvəz etməlidir. Yenisi isə alınmır. Əvəzində təzə avtomobilin ehtiyyat hissəsi çıxarılıb diğər avtobusun üstünə qoyulur. Beləliklə yeni avtobuslar yararsız hala salınır. Nəticədə isə yeni ehtiyyat hissəsi almaq adı ilə rəsmiləşdirilib pullar silinir.

Məlumata görə, bu avtomobillərin sığortası adı altında da milyonlar qazanan şəxslər var. 

Göründüyü kimi, yazıda çox ciddi faktlar səslənir və huquqi araşdırmalar tələb edir.

Biz də öz növbəmizdə araşdırmalarımızı davam etdirəcəyik.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ