“Bakubus”dan yolda qalan avtobusla bağlı - AÇIQLAMA

“Bakubus”dan yolda qalan avtobusla bağlı - AÇIQLAMA
SOSİAL
17:38 08.04.2025
470
Xəbər verdiyimiz kimi, ötən gün Əhmədli metrostansiyası yaxınlığında Bakubus MMC-yə məxsus 62 saylı marşrutda texniki problem olmuşdu.

"Bakubus" MMC-dən AZXEBER.COM-a verilən məlumata görə, BYD markalı avtobusda yaranan texniki problemlə bağlı monitoriq mərkəzinə məlumat verilib və baş verən nasazlıq aradan qaldırılıb:

"Ötən gün 19:15 radələrində, "BakuBus” MMC-nin istismarında olan 62 nömrəli müntəzəm  marşrut xətti üzrə hərəkət edən 77-JS-647  dövlət qeydiyyat nişanlı avtobusda Əhmədli metrostansiyası yaxınlığında texniki nasazlıq baş vermişdir.

Nəqliyyat vasitəsini idarə edən sürücü Qubadov İlqar dərhal "BakuBus” monitorinq mərkəzinə nasazlıqla  bağlı məlumat vermis,  mərkəzin verdiyi təlimatlara uyğun olaraq, sürücü problemi operativ şəkildə aradan qaldırmış və marşrut xəttinin hərəkəti  qısa müddətdə bərpa edilmişdir".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR