“BakuBus”ın avtobusu yandı

“BakuBus”ın avtobusu yandı
SOSİAL
09:47 01.09.2020
1243
Bakıda avtobusda baş vermiş yanğınla bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) açıqlama verib.

AZXEBER.COM-un xəbərinə görə, BNA-dan bildirilib ki, bu gün səhər saatlarında "BakuBus” MMC-nin istismarında olan 24 müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub:

"Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır".

08:35
Bakı şəhərinin Sabunçu rayonunda "Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR