Bakıda "BakuBus” avtobusunun qəza törətməsi ilə bağlı şirkətdən açıqlama verilib.
AZXEBER.COM "Oxu.az"a istinadən xəbər verir ki, 17 iyun tarixində saat 11:20 radələrində İnşaatçılar prospektində 3 nömrəli xətt üzrə Dövlət Qeydiyyat Nişanı 99 JU 864 olan avtobusun iştirakı ilə yüngül yol nəqliyyat hadisəsi baş verdiyi bildirilib:
"Hadisə yol ayrıcında baş verdiyindən avtobusun sürücücü hərəkətin təhlükəzliyi üçün bir qədər irəlidə saxlayaraq qəza barədə DYP-yə və sığorta şirkətinə məlumat verib. Qəza barədə Bakı Nəqliyyat Agentliyinin Mərkəzi Dispetçer Xidməti də məlumatlandırılıb”.
Həmçinin bildirilib ki, "BakuBus” avtobusları Bakı Nəqliyyat Agentliyinin Mərkəzi Dispetçer Xidmətinə inteqrasiya olunaraq daimi müşahidə altındadır.