Paytaxtda sərnişin avtobusu qəzaya uğrayıb.
Tbilisi prospektində Avtovağzal-Ayna Sultanova marşrutu üzrə hərəkət edən 2 saylı "Bakubus” avtobusu "KİA Sportage” markalı minik avtomobili ilə toqquşub.
Minik avtomobilinin sürücüsü qadın olub.
Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, minik avtomobilinə ziyan dəyib.