"BakuBus"un avtobusunda yanğın olub, sərnişinlər təxliyə edilib - FOTO+VİDEO

"BakuBus"un avtobusunda yanğın olub, sərnişinlər təxliyə edilib - FOTO+VİDEO
SOSİAL
14:20 13.08.2021
519
Bakıda sərnişin avtobusunda yanğın olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə metronun "Xətai" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, "BakuBus" MMC-yə məxsus 21 nömrəli marşurut xətti ilə hərəkətdə olan, 90-JX-216 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsi qəfildən yanmağa başlayıb.

Sürücü dərhal avtobusu saxlayıb və sərnişinlər təxliyə edilib. Alovun qarşısı yanğınsöndürən balonlar vasitəsilə alınıb.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR